Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən məhkəməyə gətirilib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Babuşkinskovo məhkəməsində hazırda proses davam edir. Aleksey Navalnı "akvarium" tipli qəfəsdədir. Navalnı böhtan atmaqda ittiham olunur.
Məhkəmə binasının ətrafında diplomatik missiyalara məxsus avtomobillərin göründüyü deyilir.
Qeyd edək ki, Aleksey Navalnı məhkəmənin qərarı ilə 3.5 il həbs cəzası almışdı.