Ermənistan mətbuatı sabiq prezident Robert Koçaryanın Rusiya paytaxtındakı görüşlərindən sonra Ermənistan müxalifətinin planlarını dəqiqləşdirəcəyini yazır.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Joğovurd" qəzetində material dərc edilib.
Qeyd olunur ki, Robert Koçaryan Rusiyada bəzi siyasi elita nümayəndələri ilə görüşlər keçirməlidir. Bu görüşlərdən sonra Koçaryan Ermənistana qayıdaraq müxalifətlə müzakirələrə başlayacaq. Ermənistan müxalifəti bu müzakirələrdən sonra yekun planlarını dəqiqləşdirəcək.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan müxalifəti sabiq prezidentlərin, aparıcı müxalif partiya sədrlərinin, baş nazirliyə vahid namizədin iştirakı ilə geniş toplantı keçirmişdi.