Pakistanda Kəşmirlə bağlı dəstək aksiyası keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın paytaxtı İslamabad şəhərində "5 fevral - Kəşmir Günü" münasibətilə dəstək və həmrəylik yürüşü keçirilib.

Yürüşə xeyli şəhər sakini qatılıb. Müxtəlif dəstək şüarları səsləndirilib.

"Kəşmir əhalisi ilə çiyin-çiyinəyik. Onlara daim dəstək olacağıq", - deyə yürüş iştirakçıları bildiriblər.