Kubanın paytaxtı Havanada koronavirusa yoluxmanın yenidən artması ilə əlaqədar komendant saatı tətbiq olunub.

Unikal.org-un məlumatına görə, yeni qərara əsasən, şəhər ərazisində saat 21:00-dan 05:00-dək insanların və nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir.

Komendant saatı fevralın 5-dən etibarən tətbiq olunacaq.

Qeyd edək ki, Kubada bugünədək 30 minə yaxın yoluxma qeydə alınıb, 220 nəfər ölüb.