İranda ötən sutka ərzində 80 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 336  nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 7 061 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 452 387 nəfərə çatıb. Virus daşıyıcılarından 3 819 nəfərin vəziyyəti ağır qiymətləndirilir.