Türkiyənin Çorum şəhərində maraqlı hadisə baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çorumda parkda siqaret çəkən vətəndaş maska taxılması ilə bağlı iradlara qəribə reaksiya verib. Belə ki, Alaattin Pehlivanoğlu adlı vətəndaş məhdudiyyətlərə məhəl qoymadığını bildirib.
"Mən pəhləvanam, mən virusa yoluxmaram. Koronavirus mənə bulaşmaz. Mən üçüncü mərtəbədən yıxılıb ölməyən adamam. COVID-19 mənə nə edə bilər ki?", - deyə vətəndaş söyləyib.
Nəzarətçilər yaşlı kişiyə xəbərdarlıq edərək parkı tərk ediblər.
Denetimde maskesiz yakalanan şahıs kendini böyle savundu:
— Sözcü (@gazetesozcu) February 5, 2021
💬 "Ben eski pehlivanım. Corona bana bulaşmaz. Ben üçüncü kattan düştüm, ölmedim. Bana corona ne yapabilir?" pic.twitter.com/dlVJyuTHOG