Türkiyə və Qazaxıstan arasında mətbuat sahəsində əməkdaşlıq barədə anlaşma əldə olunub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı "TRT"nin rəhbəri İbrahim Erenle görüş keçirib. Görüşdə Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil edilməsinə qərar verilib. Qazaxıstan və Türkiyə arasındakı yaxın və etibarlı əlaqələr sayəsində ikitərəfli əməkdaşlığın mədəniyyət sahəsində də olduğu vurğulanıb.
Həmçinin "TRT"nin cizgi filmləri qazax dilinə tərcümə olunacaq. Media sahəsindəki əməkdaşlıq dərinləşdiriləcək.