İsveçdə son sutka ərzində rekord yoluxma qeydə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 10 milyon əhalisi olan ölkədə koronavirusa yoluxma sayı son 24 saatda 3 758 nəfər artıb. Ümumi yoluxma sayı 584 674 nəfərə çatıb.
Yeni 89 ölümün qeydə alınması ilə COVID-19-a görə ümumi ölüm sayı 12 115 nəfərə yüksəlib.