Rusiya razılaşdırılmamış aksiyalarda iştirak etdikləri üçün Almaniya, Polşa və İsveçdən olan üç diplomatı ölkədən çıxarıb.

Unikal.org  xəbər verir ki, bu barədə “EU Observer” Avropa İttifaqındakı mənbəyə istinadən yazıb.

Xatırladaq ki, 23 və 31 yanvar tarixlərində hakimiyyət orqanlarının çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış mitinqlər keçirilib. Nümayişçilər müxalifətçi Aleksey Navalnının həbsinə etiraz ediblər.

ABŞ, Almaniya, Fransa və Böyük Britaniya daxil olmaqla aparıcı Qərb ölkələri Rusiya səlahiyyətlilərini Navalnını sərbəst buraxmağa çağırıblar.