Koronavirus pandemiyasını aradan qaldırmaq üçün dünya əhalisinin 75 faizini peyvənd etmək lazımdır ki, bu da indiki templə yeddi il çəkəcək.
Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, dünyada hər gün 4,5 milyondan çox COVID-19 peyvəndi vurulur. Hər bir insana iki doza vaksin vurulmasının lazım olduğunu nəzərə alsaq, dünya əhalisinin çox hissəsini peyvənd etmək təxminən yeddi il çəkəcək.
ABŞ-da bu proses 11 ay davam edəcək. Orada gündə 1,3 milyon insan peyvənd edilir. Əhalinin 21%-nin tam peyvənd olunduğu İsrail (hər 100 adama 58 doza) və Birləşmiş Ərəb Əmirlikləri (100 adama 35,8 doza) bu işin öhdəsindən gəlməyi bacarır.
Peyvəndlənmə başlayandan bəri bir çox ölkələr preparat əldə edə bilməyib. Bəzi dövlətlərdə hələ vaksinasiya prosesi başlamayıb. Koronavirus peyvəndinin paylanması prosesi bəşəriyyətin indiyədək qarşılaşdığı ən böyük loqistik problem olacaq.