Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 110 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 901 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 217, ağır xəstələr isə 1 423 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 516 889 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 404 416 nəfər sağalıb, 26 577 nəfər isə ölüb.