Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasını, həmçinin 30 yanvar 2021-ci ildə Moskvada üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə keçirilmiş işçi qrupunun iclasının nəticələrini müzakirə ediblər.