Fransada partlayış hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fransanın cənub-qərbində yerləşən Bordo şəhərində baş verib. Prtlayışın yaşayış binasında meydana gəldiyi bildirilib.

Hadisənin səbəbləri hələlik bəlli deyil. Dağıntı yaranıb. İlkin məlumatda ölən və ya yaralananlarla bağlı detallar yer almayıb.