Meksika hərbçiləri ölkənin şimal-qərbində, Sinaloa ştatının sahillərində külli miqdarda narkotik daşıyan gəmini aşkarlayıblar.
Unikal.org TASS-a istinadən xəbər verir ki, iki nəfərin idarə etdiyi gəmidə 2,5 tondan çox metamfetamin və 100 mindən çox fentanil tableti ələ keçirilib.
Təxmini qiymətləndirmələrə görə, narkotik maddələrin qara bazardakı dəyəri təqribən 90 milyon dollardır.
Müsadirə edilən narkotik maddələrin “Sinaloa” kartelinə aid olduğunu bildirilir.