"Vaşinqton nüvə sazişinin həyata keçirilməsi ilə bağlı Tehrana şərt irəli sürə bilməz".
Unikal.org xəbər verir ki, bunu İranın ali lideri ayətulla Əli Xamenei deyib.
"İran Birgə Hərtərəfli Fəaliyyət Planında şərtlər qoymaq hüququna sahib olan tərəfdir. Nə ABŞ, nə də üç Avropa ölkəsi (Böyük Britaniya, Fransa, Almaniya) öhdəliklərə uyğun hərəkət etdi".
Xamenei bildirib ki, əgər Vaşinqton Tehranın əvvəllər imtina etdiyi öhdəlikləri yerinə yetirməsini istəyirsə, sanksiyaları sözdə və kağızda deyil, əməldə ləğv etməlidir.
Qeyd edək ki, Ağ Ev Cozef Baydenin müttəfiqləri ilə İranla danışıqlar planlarını müzakirə etmək niyyətini açıqlayıb. Tehran ABŞ-la danışıqların İranın planlarının bir hissəsi olmadığını və bu istiqamətdə irəliləmənin sanksiyaların ləğvi də daxil olmaqla Vaşinqtonun praktik addımlarından asılı olduğunu bəyan edib.