Türkiyədə zəlzələ hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Sivas şəhərində olub. Yer silkələnməsi Rixter şkalası ilə 4.4 balla qiymətləndirilib.
İnsanlar panikaya qapılaraq küçələrə çıxıblar. Dağıntı və itkilər barədə məlumat yoxdur.