ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 86 928 yoluxma halı qeydə alınıb, 1268 nəfər vəfat edib.

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 27 milyonu ötüb.  

ABŞ-da indiyədək COVID-19-dan ölənlərin sayı 463 mindən çoxdur.