Somalinin cənubundakı Gedo əyalətində nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, qəzanın Qarbaharri şəhəri ərazisində baş verdiyi bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı açıqlama verilməyib. Ölən və yaralananlar barədə məlumat yoxdur.