İran koronavirusa qarşı yerli istehsal olan vaksinlərini təqdim edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19-a qarşı vaksin "Razi Cov Pars" adlanır. Vaksinlərin istehsalı İranın Əlburz ostanının Kərəc şəhərində gerçəkləşdirilib.

Qeyd edək ki, bir müddət öncə İran koronavirusa qarşı digər yerli vaksin olan "Coviran Bereket"in sınaq mərhələsində olduğunu açıqlamışdı.