5G şəbəkəsində yalnız 2021-ci ildə Çində 500 milyon istifadəçi gözlənilir. "Huawei" sözçüsü şirkətin bu il 23 - 25 fevral tarixlərində keçiriləcək Mobile World Congress (MWC) 2021-də iştirak edəcəyini təsdiqləyib. Bu tədbirdə şirkət 5G baza stansiyaları da daxil olmaqla çoxsaylı yeni məhsullar nümayiş etdirəcək.
Unikal.org xəbər verir ki, Huawei təmsilçisi Gan Bin 5G şəbəkələrinin qlobal istifadəsinin sürətli bir mərhələyə gəldiyini söyləyib.
O, bu il Çində 5G istifadəçi sayının 500 milyonu keçəcəyini də qeyd edib. Çində 5G istifadəçilərinin böyümə sürəti 2021-ci ildə 30%, 2022-ci ildə 42.9%, 2023-cü ildə 56.8%, 2024-cü ildə 70.4% və 2025-ci ildə 81.7%-ə çatacaq.
Xatırladaq ki, "Huawei"nin şəbəkə avadanlığı ABŞ-da və ABŞ siyasətini dəstəkləyən bəzi Avropa ölkələrində qadağandır.