Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) azərbaycanlı yeniyetmələrin nişanlanması faktı ilə bağlı istintaqa başlanılıb.
Unikal.org xəbər verir ki, bu bardə DİN-dən bildirilib.
Məlumata əsasən, bu gün sosial şəbəkələrdə 11 yaşlı qızın mümkün nişanlanmasını əks etdirən videogörüntülər yayılıb.
Nazirliyin Tbilisi İdarəsinin Yeniyetmələrin işləri üzrə departamentinin rəhbəri məsələyə dərhal reaksiya verib və Cinayət Məcəlləsinin yeniyetmənin nikaha məcbur edilməsi maddəsi üzrə araşdırmalara başlayıb.
DİN-dən qeyd olunub ki, videogörüntülərdə yer alan halların müyyənləşdirilməsi üçün cinayət əməli üzrə bütün zəruri istintaq və prosesual hərəkətlər həyata keçirilir.(report.az)