ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ron Rayt koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bu barədə “The Hill” yazıb.
"Konqres üzvü Ron Rayt 7 fevral 2021-ci ildə vəfat etdi", - qanunvericinin nümayəndələri bildiriblər.
Raytın 67 yaşı vardı. Onda koronavirus yanvarın sonunda aşkarlanıb.
Bu, hazırkı Konqres üzvləri arasında koronavirusdan ilk ölümdür. Məlumata görə, senator xərçəng xəstəliyi ilə mübarizə aparırmış.