Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 376 569 nəfər koronavirusa yoluxub, 9664 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 105 805 951, ölənlərin isə 2 312 278 nəfərə çatıb.

Xatırladaq ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.