Rusiya Serbiyaya daha bir partiya koronavirusa qarşı vaksin yollayıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Serbiya rəsmiləri vaksin partiyasını paytaxt Belqraddakı hava limanında təhvil alıblar. Bu partiya da "Sputnik V" vaksinlərindən ibarət olub.
Serbiya rəsmiləri ölkədə koronavriusa qarşı vaksinasiya prosesinin Rusiya istehsalı olan vaksinlərin istifadəsi ilə davam edəcəyini vurğulayıblar.