Qarabağla bağlı Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli işçi qrupunun növbəti toplantısı keçirilib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, toplantı işçi qrupunun tərkibində fəaliyyət göstərən ekspert qrupunun onlayn iclası şəklində gerçəkləşdirilib.

Bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri toplantıya qatılıb. Dəmir yolu, avtomobil nəqliyyatı və digər kommunikasiya məsələləri ilə bağlı məqamlar müzakirə edilib.