İran və Rusiya birgə koronavirusa qarşı vaksin istehsal etməyi planlaşdırır.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi danışıb.

Bildirilib ki, ölkələrin birgə vaksin istehsalı nəzərdə tutulur. İran və Rusiyanın birgə istehsalı olacaq vaksinlər İran körfəzi regionunda yerləşən ölkələrə də ixrac ediləcək.