Daha bir müsəlman ölkəsi Rusiya istehsalı olan vaksinlərdən istifadə edəcək.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Pakistan İslam Respublikası rəsmi şəkildə Rusiya istehsalı olan koronavirusa qarşı vaksinlərdən "Sputnik V" vaksinlərini təsdiqləyib.

Pakistanda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində koronavirusa qarşı vaksinasiya prosesində "Sputnik V" vaksinlərindən istifadə olunacaq.