İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 89 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 58 625 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 640 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 481 396 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 3 762 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 266 518 nəfər koronavirusdan sağalıb.