İranda prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı prosesinin başlama tarixi açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 18 iyunda keçiriləcək prezident seçkilərinə qatılmaq istəyən namizədlərin qeydiyyata alınması 11 may tarixindən başlanacaq. Bu barədə İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Seçki Ofisi məlumat yayıb.

Bildirilib ki, prezident seçkilərinə qatılmaq istəyən namizədliyə namizədlər 11 maydan quruma müraciət edə bilərlər.

Qeyd edək ki, bu vaxta kimi İranın keçmiş müdafiə naziri Hüseyn Dehqan və keçmiş təhsil və tədris naziri Həmid Rza Hacıbabayi namizəd olmaq istədiklərini elan ediblər.