Avropanın ən yaşlı insanı rahibə Lusile Randon koronavirusa qalib gəlib.
Unikal.org "Anadolu"ya istinadən xəbər verir ki, 11 fevralda 117 yaşı tamam olacaq rahibə 1904-cü ildə anadan olub.
L.Randon 16 yanvarda Fransada COVID-19-a yoluxub. Sağalaraq koronavirusa qalib gələn yaşlı qadın xəstəxanadan yaşadığı qocalar evinə dönüb. Qocalar evinin rəhbərliyi şəhər meriyası ilə birlikdə L.Randonun 117 yaşını qeyd etmək üçün doğum günü şənliyi təşkil edəcək.