Rusiyalı müxalifətçi Aleksey Navalnıya dəstək aksiyasında xüsusi təyinatlı polis qüvvələri ilə dalaşan çeçen koronavirusa yoluxub.

Unikal.org bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Seyidməhəmməd Cumayev adlı gənc çeçenin aksiya zamanı "OMON"çularla əlbəyaxa olması sosial şəbəkələrdə böyük maraqla izlənmə rekordları qırmışdı. Etirazçılara hücum edən polislərə müqavimət göstərən S.Cumayev məhkəmə qarşısına çıxarılaraq həbs olunmuşdu.

Hazırda gəncin COVID-19-a yoluxduğu bildirilib. O, xəstəxanaya yerləşdirilib.