Yaponiyanın baş naziri Suqa Yoşihide Çinin yeni sahil-mühafizə qanununa münasibət bildirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xalq Respublikasında sahil-mühafizə haqqında yeni qanun qəbul edilib. Gələn aydan qüvvəyə minəcək qanuna əsasən, Çin sahil-mühafizə xidməti xarici gəmiləri və su nəqliyyatı vasitələrini vura bilər.
Şərqi Çin dənizi və Cənubi Çin dənizində Yaponiya və Çin arasında mübahisəli ərazilər olduğunu xatırladan Yaponiya baş naziri Suqa Yoşihide Çinin bu addımını qəbuledilməz adlandırıb.
"Çinin bu addımına tolerant yanaşa bilmərik. Bu, qəbuledilməzdir. Bu qanun beynəlxalq hüquqa tamamilə ziddir", - deyə Yaponiya baş naziri bəyan edib.