Daha bir ölkə Rusiya istehsalı olan "Sputnik V" vaksinlərini dövlət qeydiyyatına alıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya istehsalı olan koronavirusa qarşı "Sputnik V" vaksinlərini dövlət qeydiyyatına alan növbəti ölkə Monqolustan olub.
Bildirilib ki, Monqolustanda koronavirusa qarşı vaksinasiya prosesində "Sputnik V" vaksinlərindən istifadə etmək olar.