Ermənistan ordusunun hərbi qulluqçusu ölüb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən hərbi hissələrdən birində ölüm hadisəsi baş verib.

Məlumata görə, müddətdən artıq hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Edvard Karlenoviç Kirakosyan müəmmalı şəraitdə həyatını itirib. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.