Peru Prezidenti Fransisko Saqasti koronavirus əleyhinə vaksin vurdurub.
Unikal.org xəbər verir ki, ölkə rəhbərinə Çin istehsalı "Sinopharm" tərəfindən hazırlanmış COVID-19 peyvəndi vuruulub.
Belə ki, prezident vakansiya zamanı çəkilmiş fotosunun sosial şəbəkədə paylaşaraq, "Bu gün vaksinlərin sağlam və təhlükəsiz həyat qazanmaq üçün, bütün perulaları vakansiyaya çağırıram", - deyə qeyd edib.
İndiyə kimi ölkədə cəmi 1 milyon 191 min 221 nəfərdə COVID-19 virusu aşkar edilib. Koronavirus səbəbiylə 42 min 667 nəfər isə həyatını itirib.
Qeyd edək ki, "Sinopharm" tərəfindən koronavirüs əleyhinə hazırlanmış 300.000 doza peyvənd dünən Limadakı "Jorge Chavez" Beynəlxalq Hava Limanına gətirilib.