Əfqanıstanın paytaxtı Kabil şəhərində terror aktı törədilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcədən yerləşdirilmiş bombaların partladılması nəticəsində 2 nəfər həyatını itirib. Partlayış həmçinin 5 nəfərin yaralanmasına səbəb olub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Heç bir qruplaşma terror aktının məsuliyyətini öz üzərinə götürməyib. Araşdırmalar davam etdirilir.