Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.

Unikal.org xəbər verir ki, təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Azərbaycanın hava desantı qrupları paraşütlərlə təyin olunan təlim rayonuna endirilir.

Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlar maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.

***

10:49

Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində Qarsda keçirilən Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri ilə bağlı paylaşım edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, təlimlərin önəmli hissələrindən biri sabah gerçəkləşdiriləcək.

Qeyd olunub ki, artıq təlimləri izləmək istəyən media əməkdaşları təyyarə ilə paytaxt Ankara şəhərindən Qarsa gəliblər.