Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  544 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 263 601, ölənlərin sayı isə 3 311 nəfərə çatıb.

Virusa yoluxanlardan 255 385 nəfərin sağaldığı bildirilir.