Türk ordusu İraqda PKK terror təşkilatına qarşı hava əməliyyatı gerçəkləşdirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, İraqın şimalında yerləşən Qara bölgəsində keçirilən əməliyyat "Pençe Kartal-2 Harekatı" adlandırılıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçu ünsürlər məhv edilib. Genişmiqyaslı terror planlarının qarşısı alınıb. Terrorçuların bölgədə möhkəmlənməsinə imkan verilməyib.