İranın ötən ilin yanvarında vurduğu Ukrayna təyyarəsi ilə bağlı yayılan səs yazısı təkzib edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kanada mətbuatında yayılan səs yazısının İran XİN başçısı Məhəmməd Cavad Zərifə aid olduğu bildirilirdi.

İran XİN-in sözçüsü Səid Xətibzadə bu barədə açıqlama verib. Xətibzadənin sözlərinə görə, səs yazısı Zərifə aid deyil.