Amerikalı alimlər,  zamanla dövrün ən böyük narkobaronı olan Pablo Eskobarın Kolumbiyadakı zoorparkının bağlanmasını istəyiblər. 

Unikal.org xəbər verir ki, Pablo 1980-ci illərdə dünyanın ən böyük narkotik imperatorluğunu qurduğu  Hacienda Napolesda zoorpark satın alıb.  Həmin zoorparkda  begemot, kenquru, zürafə, aslan, fildən və digər ekzotik heyvanlardan ibarət heyvanat bağçası qurub.  

Belə ki, xüsusi zoopark salan Pablo, Kolumbiyaya qanunsuz olaraq gətirdiyi heyvanları, təbiəti təhdid və yaşayış yerlərindən məhrum etdiyinə görə qınaq obyektinə çevrilib. Daha sonra bu məsələ gündəmdən düşüb. 

Lakin Eskobar 1993-cü ildə polis tərəfindən tutularaq öldürüldükdə, heyvanların da çoxu yuva içində öldürülüb. Bununla yanaşı iribuynuzlu heyvanların daşınması ilə əlaqəli xərclər və maddi-texniki məsələlər üzündən begemotlar Hacienda Napoles ərazilərinə buraxılıb. 

Zamanla açıq ərazilərər buraxılan begemotların sayı artıb. 

Meksikanın Quintana Roo Universitetindən olan tədqiqatçılar, "Biological Conservation" jurnalında yayımlanan araşdırmalarında, Eskobarın begemotların bölgənin biomüxtəlifliyi üçün böyük təhlükə yaratdığını və insanlarla ölümcül qarşılaşmalara səbəb ola biləcəyini xəbərdar ediblər. 

Qeyd edək ki, 1980-ci illərdə açılan zoorpark yenə də fəaliyyət göstərir. Xatırladaq ki, kolumbiyalı narkotik qaçaqçısı olan Pablo, narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə "Forbes" jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir.