Ermənistanda müharibə zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri Rusiyanın İrəvandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar itkin düşənlərin tapılması istiqamətində kömək göstərməsi üçün Rusiyaya xahiş müraciəti ünvanlayıblar.

"Biz bütün dövlət qurumlarına müraciət etmişik. Səsimizə səs verən yoxdur. Heç kim bizə köməklik göstərmir. Nə vaxta kimi gözləyəcəyik? Qərar verdik ki, Rusiyaya müraciət edək", - deyə etirazçılardan biri bəyan edib.