Kanadanın rəsmi yayım şirkəti CBC, 8 yanvar 2020-ci il tarixində İran İnqilab Keşikçiləri tərəfindən Ukrayna Hava Yollarının 752 saylı təyyarəsinin vurulmasına dair gizli səs yazısı aşkar edib.
Unikal.org xəbər verir ki, CBC-nin hesabatına görə, Zərifin səs yazısında təyyarənin qəzaya uğramasının əvvəlcə təsadüf olduğunu, sonra “casuslar” ın təyyarəni qəsdən vurduğunu söyləyib.
Belə ki, Zərifin hadisədən məsul olanların asanlıqla aşkarlanmayacağını söylədiyi çıxışının bir hissəsində, "Həqiqətin əsla açıqlanmamasının səbəbləri var. Bizə və ya başqalarına danışmayacaqlar. Çünki izah etsələr, bəziləri ölkənin müdafiə sistemlərinə xalqın marağında olmayacaq qapılar açılacaq",- deyə ifadə edib.
Həmçinin, Zərif çıxışının bir hissəsində, Rusiyanın 2014-cü ildə bir Malayziya Hava Yolları təyyarəsini vurmaqda günahlandırıldığını, ancaq bunu heç vaxt etiraf etmədiyi hadisələrə nümunə gətirib.
XİN rəhbərinin qəzanın "beynəlxalq cinayət" halına gətirməsinin qarşısını almaq üçün qurbanların ailələrinə təzminat ödəmək istədiyi də səsə yazısında qeyd olunub.
Lakin İran rəhbərliyi nazir haqqında yayılan məlumatı təkzib edib.