Türkiyə xüsusi xidmət orqanları İraqın şimal-qərbindəki Sincar bölgəsində uğurlu əməliyyat keçiriblər.

Unikal.org "Anadolu" agentliyinə istinadla xəbər verir ki, nəticədə PKK terror təşkilatının liderlərindən biri - İbrahim Parım yaxalanaraq Türkiyəyə aparılıb.

Məlumata görə, İbrahim Parım “Laşer” kod adı altında terror təşkilatında "logistika məsələləri üzrə məsul" olub. O, PKK-nın sıralarına 2015-ci ildə qəbul edilib.