Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 59 602 nəfər yoluxub.
Unikal.org "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 659 167 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 330 nəfər ölüb, ölənlərin ümumi sayı 234 850 nəfər təşkil edir.