Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Vətənin xilası hərəkatı” tərəfdarlarının Respublika meydanında qurduğu çadıra baş çəkib.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, Sarkisyan çadırda olan Respublika partiyasının üzvləri ilə görüşüb.
Qeyd edək ki, “Vətənin xilası hərəkatı”nın təşəbbüsü ilə keçən ildən bəri Respublika meydanında çadır qurulub. Bu hərəkatda Ermənistanın 20-dək siyasi partiyası birləşib və onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.