Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinin ikinci mərhələsi başlayıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, vaksinasiya ilə bağlı hazırlanmış plana əsasən, prosesin növbəti mərhələsi başlayıb.
İlkin olaraq tibb işçilərinin vaksin olunması həyata keçirilib. Həmçinin 65-70 yaşdan yuxarı insanların vaksinasiyası da nəzərdə tutulub. Daha sonra digər əhali qrupları da prosesə cəlb oluna biləcək.