Millət vəkili Mahir Abbaszadə Şəhid Nəcəfov Etibar Mehman oğlunun ailəsi ilə görüşüb. 

Unikal.org xəbər verir ki, milət vəkili onlara başsağlığı verib. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı haqqında, yeni yaranmış “YAŞAT” Fondu, bu istiqamətdə icra edilən dövlət proqramları barəsində fikir mübadiləsi apararaq ətraflı məlumat verib və bildirib ki, şəhid ailələri və qazilərimiz hər zaman dövlətin qayğısı ilə əhatə olunub, bundan sonra da olunacaqlar.

Şəhgidin məzarını ziyarət edib, Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidimzin məzarına gül dəstələri qoyaraq ruhunu dərin ehtiramla yad edib, Allahdan rəhmət diləyib:

Qeyd edək ki, 22 yaşlı şəhidimiz  2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə təltif edilib. 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. 

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, həmçinin, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Qürurla anırıq".