Ötən il Azərbaycanda 75 647 ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi 7,6 təşkil edib.

Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olub.