Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Qırğızıstan prezidenti Sadır Japarovla görüşüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu S.Japarovu prezident seçilməsi münasibətilə təbrik edib.

Müxtəlif məsələlər müzakirə mövzusu olub. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

*****

09:38

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Orta Asiya ölkələrinə səfərini davam etdirilir.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu Qırğızıstandadır. Bu barədə nazir rəsmi "Twitter" səhifəsində paylaşım edib.

Çavuşoğlu "Ata-Beyit" məqbərə kompleksini ziyarət edib.

Qeyd edək ki, o, dünən Özbəksitanda da rəsmi səfərdə olub.